Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu günlərdə Ermənistan müdafiə nazirliyində kifayət qədər gərgin vəziyyət hökm sürür.
Məlumata görə artıq neçə vaxtdır ki, müdafiə naziri səlahiyyətlərini icra edən Vigen Sarkisyan və onun müavinləri gecə-gündüz nazirlikdən çıxa bilmirlər.
Bundan başqa artıq bir neçə gündür ki, onun müavinləri bir sıra generallarla bərabər müdafiə nazirliyində növbətçilik həyata keçirirlər. Ermənistan müdafiə nazirliyinin məqsədi, hazırda erməni ictimaiyyətinin diqqətini gərgin daxili-siyasi vəziyyətdən cəbhə xəttinə daşımaq, müxtəlif təxribatlar həyata keçirməkdir.
Alpər Mövludoğlu
Ordu.az